Qışda yemək üçün pomidor çığırtması


Digərləri 06 Okt 2017 07:00:00 416 0

Qışda yemək üçün pomidor çığırtması

Qışda da yayda olduğu kimi, ləzzətli pomidor çığırtması yemək istəyirsiniz? O zaman Son.az ailem.az-a istinadən sizə asan və dadlı pomidor çığırtması resepti verir. 

Lazım olanlar:   2,5 kilo pomidor 500 qram acı bibər 1 stəkan zeytun yağı 1 çay qaşığı duz   Hazırlanması:   Əvvəlcə pomidorları yuyun və bir az qaynar suda saxlayın. Bu şəkildə qabıqlarını çox daha asan təmizləyərsiniz. Qabıqları təmizlənmiş pomidorları kub şəklində doğrayın. Acı bibərləri də yaxşıca yuduqdan sonra xırda-xırda doğrayın. Geniş və dərin bir tavaya zeytun yağını töküb qızdırdıqdan sonra bibərləri əlavə edib, rəngləri azacıq saralana qədər qovurun. Sonra doğradığınız pomidorları da əlavə edib, bir-iki dəfə qarışdırın və qaynayana qədər tavanın qapağını bağlayın. Qaynamağa başlayanda duzunu əlavə edib, ocağı ən az odda qoyaraq, tavanın qapağını açın. Bu formada istədiyiniz hala gələnə qədər təxminən 2 saat bişirin.   Bu müddətdə balonları və qapaqlarını geniş bir qabın içində həm isti qalmaları, həm də dezinfeksiya olmaları üçün 5-10 dəqiqə qaynadın. Qaynadandan sonra həm balonları, həm də qapaqları nəmli qalmayacaq şəkildə yaxşıca qurulayın və sousu onlara yığın və qapaqlarını möhkəm bağalayın. Balonları tərs çevirərək bir gecə saxlayın. Sonra onları qaranlıq bir yerdə mühafizə edərək istədiyiniz zaman istifadə edə bilərsiniz.   Nuş olsun!