Nikaraquada leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb


Digərləri 06 Okt 2017 05:51:00 350 0

Nikaraquada leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb

Nikaraquada "Neyt" tropik fırtınasından sonra baş verən güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb

Bakı. Nikaraquada "Neyt" tropik fırtınasından sonra baş verən güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin vitse-prezidenti Rosario Murilyo xəbər verib. Daha əvvəl 4 nəfərin öldüyü və 9 nəfərin itkin düşdüyü haqda məlumat verilirdi.