Azərbaycanda 65 yaşadək yaşayan kişilərin sayı açıqlanıb


Sosial 06 Okt 2017 04:51:06 400 0

Azərbaycanda 65 yaşadək yaşayan kişilərin sayı açıqlanıb

Kişilər arasında ölüm hallarının təqribən 30 faizi onların payına düşür

Azərbaycan Avropada 65 yaşınadək olan kişilərin ölüm faizinin daha yüksək olduğu ölkələr sırasına düşüb.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının BMT-nin 2017-ci il üzrə əhali sayının tədqiqinə əsaslanan məlumatında bildirilir.

Azərbaycanda kişilər arasında ölüm hallarının təqribən 30 faizi 65 yaşadək olan şəxslərin payına düşür.

Siyahının birinci pilləsində Rusiya qərarlaşıb. Növbəti yerləri Ukrayna, Belarus, Moldova və Litva tutur. Siyahıda həmçinin Gürcüstan, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya və Estoniya var.

Araşdırma 2015 il ərzində ölkələrin rəsmi statistikası və BMT-nin analitikası əsasında qurulur və iki ildən bir dərc olunur. Növbəti statistika 2019-cu ildə açıqlanacaq.