1970ci illərin 1 toyuğu 6 müasir broylerə bərabərdir...


Digərləri 06 Okt 2017 05:30:00 396 0

1970ci illərin 1 toyuğu 6 müasir broylerə bərabərdir...

Quşçuluqda və heyvandarlıqda tətbiq edilən müasir texnologiyalar demək olar ki, onları 80 faiz kimyəviləşdirir. Belə ki, müasir 6 broyler toyuğunda olan omeqa-3, eyni miqdarda 1970-ci illərin 1 toyuğunda var idi.

Son.az bildirir ki, Vəhşi Təbiətin Ümumdünya Fondunun (WWF) tədqiqatı çərçivəsində aşkar edilmiş bu fakt haqda The Guardian məlumat yayıb.

Nəşrin məlumatına görə, tədqiqatın müəllifləri düşünür ki, dünyada ət istehlakının artması, yem istehsalına da tələbatı artırır. Xüsusilə soyaya. Soyanın köməyi ilə süni olaraq böyüdülən heyvanlarda insan orqanizmi üçün vacib olan omeqa-3 yox dərəcəsindədir.

Əgər dünyada ətə olan tələbat bugünkü templə artacaqsa, WWF proqnozlaşdırır ki, 2050-ci ildə soyanın istehsalı indikindən 80 faiz çox olacaq.