Bakıda yanğın olub


Digərləri 06 Okt 2017 03:58:28 327 0

Bakıda yanğın olub

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Bakı. Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 m2 sahədə, və 1 otağın yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.