Ukraynada neft daşıyan barja batıb


İqtisadiyyat 06 Okt 2017 03:43:49 464 0

Ukraynada neft daşıyan barja batıb

Nəticədə suda altı kilometr uzunluğunda neft ləkəsi əmələ gəlib

Ukraynanın Xerson vilayətindəki Kaxovski su anbarı hövzəsində neft daşıyan özüyeriyən barja batıb.

"Report" xəbər verir ki, bu barədə Su Bioehtiyatlarının Bərpası, İstifadəsi və Mühafizəsi və Region üzrə Balıqçılığın Tənzimlənməsi İdarəsi Xidməti məlumat yayıb.

"Aleksandr Jitnik" gəmisinin batması nəticəsində su üzərində altı kilometr uzunluğunda və 100 metr enində neft ləkəsi əmələ gəlib.