Səudiyyə Ərəbistanında terror əməliyyatı: 2 terrorçu ölüb


Digərləri 06 Okt 2017 01:02:13 306 0

Səudiyyə Ərəbistanında terror əməliyyatı: 2 terrorçu ölüb

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadda "İslam dövləti" qruplaşması ilə bağlı olan terror "özəyi" aşkar ediblər

Bakı. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadda "İslam dövləti" qruplaşması ilə bağlı olan terror "özəyi" aşkar ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda krallığın təhlükəsizlik xidmətinin yaydığı bəyanatda deyilir. Məlumata görə, əməliyyat zamanı 2 terrorçu öldürülüb, daha beş nəfər saxlanılıb. Qeyd edək ki, terrorçulardan biri polis onu mühasirəyə aldıqdan sonra özünü partladıb.