Kür çayında suyun səviyyəsi 1 metr qalxıb


Digərləri 05 Okt 2017 23:41:00 454 0

Kür çayında suyun səviyyəsi 1 metr qalxıb

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.

Son.az "Report"a istinadən bildirir ki, artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.

Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.