Gələcəkdə avtomobillərin hamısı necə olacaq?


Digərləri 05 Okt 2017 23:45:00 395 0

Gələcəkdə avtomobillərin hamısı necə olacaq?

Avtomobilləri həmişə bənzər şəkillərdə görürük. Aerodinamik bir kuza, dörd təkər, sükan, mühərrik və oturacaqlar. Böyük ehtimalla tam avtonom robotlu vasitələr küçələrə çıxana qədər, bu elementlər saxlanılacaq. Amma öz-özünə gedə bilən və bir sürücüyə ehtiyac duymayan robot avtomobillər yayılmağa başladığında, bütöv fərqli dizaynlar da görə bilərik.

Renault və İngiltərədəki Mərkəzi Sent Martins (CSM) dizayn məktəbinin ortaq yarışmasında qazanan nəqliyyat vasitəsi kimi.   Avtonom vasitələr piyadalar ilə göz qırparaq ünsiyyət quracaq.   Son.az deyerler.org-a istinadən bildirir ki, fransız avtomobil firması dizayn tələbələrinə geniş imkan vermiş və gələcəyin avtomobilini hazırlamalarını istəmişdir. Bu yarışmada tələbələr çox maraqlı fikirlər irəli sürüblər. Yarışmanın qalibləri Renault-un dizaynerləri və CSM rəhbərləri tərəfindən qiymətləndirilmişdir. Yarışmada Entoni Lo adlı şagird birinci seçilmişdir. Lonun hazırladığı vasitə bir avtomobildən çox, kürə şəklində bir kosmos gəmisini xatırladır.   Vasitə hərəkət üçün təkərlər deyil, maqnetik qravitasiya texnologiyasını istifadə edir. Yəni yerdən bir az yüksələrək, sürtünmə olmadan maqnetik bir sahə üzərində hərəkət edir.   Təkər olmadığı üçün dayanma, dönmə və ya başqa bir istiqamətə hərəkət etmə mövzusunda çətinlikləri olmur. Bu vasitələr bir və ya iki adam daşıyacaq şəkildə planlanlaşdırılıb. Amma ətraflarındakı maqnetik zolaqlar sayəsində əlavə kürələr bir-birinə ilişib, birlikdə səfər edə bilirlər. Şəffaf kürələrin içindəki oturacaqlar dönüb, insanların səfər boyunca söhbət etmələrini təmin edəcək şəkildə hazırlanmışdır.