"Azərbaycan Dəmir Yolları" QSCnin əməkdaşını qatar vurub


Digərləri 05 Okt 2017 23:57:00 403 0

"Azərbaycan Dəmir Yolları" QSCnin əməkdaşını qatar vurub

Yaralı qapalı kəllə-beyin travması alıb

"Azərbaycan Dəmir Yolları" QSC-də fəhlə işləyən kişini teplovoz vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib. Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.