Mərdəkanda iki bacını avtomobil vurub


Digərləri 05 Okt 2017 23:38:00 382 0

Mərdəkanda iki bacını avtomobil vurub

Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində iki bacı - 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı yolu keçmək istəyən zaman baş verib.

Qəzanı minik avtomobili törədib. Yaralılar "təcili yardım" vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.