Gənc qızlarda xərçəng artıb –


Digərləri 05 Okt 2017 23:40:00 462 0

Gənc qızlarda xərçəng artıb –

Azərbaycanın tanınmış mammoloq onkoloqu Rəna Abdullayeva  gənc qızları və valideynləri diqqətli olmağa çağırıb.   Son.az medicina.az-a istinadən bildirir ki, o, gənc qızlarda xərçəng xəstəliyinin sürətlə yayıldığını deyib:

"Xərçəng çox gəncləşib. Artıq 19-20 yaşlı qızlarda süd vəzi xərçənginə rast gəlinir. Mənim ən gənc 19 yaşlı pasiyentimdə süd vəzinin sarkoması - birləşdirici toxumaların bədxassəli şişi aşkarlanmışdı. Bu şiş sürətlə yayılır. 1 il ərzində metastaz verərək, əməliyyat olunsa da xilas etmək mümkün olmadı.  Sonradan o qızın anasında da süd vəzi xərçəngi aşkar olundu.

Ümumiyyətlə, nənə, ana, xalada hətta 50 il əvvəl belə süd vəzi şişi, xərçəngi olubsa, həmin ailədəki qızlar, qadınlar mütləq mammoloq nəzarətində olmalı, ildə 1 dəfə müayinə olunmalı, süd vəzilərinin USM müayinəsi olmalı, 40 yaşından sonra isə mammoqrafiyadan keçməlidir. Bu işdə analar məsuliyyətli olmalıdır".