Rusiyada qonşusunu yeyən adam tutuldu


Dünya 05 Okt 2017 23:16:00 372 0

Rusiyada qonşusunu yeyən adam tutuldu

Rusiya hüquq-mühafizə orqanları Tatarıstanda adamyeyəni saxlayıb. Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə idarənin mətbuat xidməti bildirib. O, qonşusunu öldürərək onun bədəninin hissələrini yediyini etiraf edib. Məlumata görə, hadisə oktyabrın 5-də gecə saatlarında respublikanın Aksubayevski rayonunda baş verib. 40 yaşlı şübhəli şəxs 53 yaşlı qonşusuna qonaq gəlib. Şübhəli şəxs əvvəlcə onu döyüb, daha sonra boğazını kəsib. Qonşusunun bədəninin bəzi hissələrini yeyən kişi daha sonra polisə zəng vuraraq cinayəti etiraf edib. Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində