Qara Qarayev: "İlk yarıda Çexiyanın müdafiəsi çox boşluq buraxdı, lakin istifadə edə bilmədik"


Digərləri 05 Okt 2017 22:56:50 251 0

Qara Qarayev: "İlk yarıda Çexiyanın müdafiəsi çox boşluq buraxdı, lakin istifadə edə bilmədik"

"Oyuna yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirsək də, yekunda uduzduq"

"Oyuna yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirsək də, yekunda uduzduq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, Azərbaycan yığması oyunun əvvəlində daha yaxşı şanslar əldə edib qol vura bilərdi:

"İlk yarıda Çexiyanın müdafiə xətti çox boşluq buraxdı. Lakin bundan istifadə edə bilmədik. Hesabı açsaydıq, bizim üçün əlavə motivasiya olardı".

Q.Qarayev "Qarabağ"da da komanda yoldaşı olan Rəşad Sadıqovun yığma karyerasını başa vurmasına münasibət bildirib:

"İndi də görsəndi ki, Rəşad komandaya lazımdır. Qərarına hörmətlə yanaşıram. Bir gün biz də bu addımı atacağıq".

Q.Qarayev start heyətdə yer almamasını şərh etmək istəmədiyini söyləyib: "Bu, baş məşqçinin qərarıdır. Heyət seçimini Prosineçki edir".