"Toyota" avtomobilləri geri çağırıb


Digərləri 05 Okt 2017 22:34:00 357 0

"Toyota" avtomobilləri geri çağırıb

"Toyota Motor" şirkəti Rusiyada 323 ədəd "Hilux" avtomobilini geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2011-ci ilin dekabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.