Bakıda sahibsiz itlər 7 yaşlı qıza hücum etdi VİDEO


Digərləri 05 Okt 2017 21:06:00 446 0

Bakıda sahibsiz itlər 7 yaşlı qıza hücum etdi  VİDEO

Parkda oynayan 7 yaşlı qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  övladları ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynamağa gedib. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Bərk qorxan azyaşlı uşaq poliklinikasına aparılıb. Ona tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli uşaq poliklinikasına göndərilib. Həkim deyib ki, təkcə bu il ərzində Xətai rayon ərazisində 18 yaşa çatmayan 157 uşağı it dişləyib. Həmin itlərin də əksəriyəti sahibsiz olub. Biz də elə həmin itlərin tüğyan etdiyi Zığ şossesində yerləşən sözügedən parka gəldik. Az qalmışdı ki, bizi də azyaşı Safiya kimi it dişləsin. Bizdən sonra itlər parkdakı insanlara da hücum etməyə başladı. Xətai rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ ilə bağlı mənzil kommunal təsərrüfat departamenti yanında ixtisaslaşmış sanitar təmizlik idarəsinin sahibsiz heyvanlara qarşı mübarizə xidmətinə məlumat veriləcək. Problem yaxın günlərdə öz həllini tapacaq.


Xəbərə aid video