Məktəb radiosu yaradılıb (FOTO)


Digərləri 05 Okt 2017 20:51:00 343 0

Məktəb radiosu yaradılıb (FOTO)

Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin radiosu fəaliyyətə başlayıb.

Bakı. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin radiosu fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, 147 FM adlanan radio lisey daxilində yayımlanır. Radionun yaradılmasında əsas məqsəd şagirdlərin bacarıqlarını inkişaf etdirmək, dünyagörüşünü artırmaq, karyera qurmalarına kömək etmək, həmçinin, tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir. 147 FM-in həftənin 5 günü saat 8:00-dan 8:30-dək, yəni dərs başlayanadək və tənəffüs vaxtı, saat 10:55-dən 11:05-dək yayımlanması nəzərdə tutulur. Radioda liseyin elanları, müəllim və şagirdlərin müsahibələri, şeirlər, lətifələr, təbriklər səsləndirilir. Yaxın gələcəkdə 147 FM-in internet səhifəsinin yaradılması planlaşdırılır.