Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək


Digərləri 05 Okt 2017 20:16:00 394 0

Bakıda beynəlxalq təhsil  sərgisi keçiriləcək

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçiriləcək.

Bakı. 6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçiriləcək. Trend-in məlumatına görə, sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək. Sərgi dünyanın 24 ölkəsindən 144 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edir. Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Hər il sərgidə iştirak edən Təhsil Nazirliyi ötən illərdən fərqli olaraq bu il stendləri daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Sərgidə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş birləşmiş stendində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universitetinin stendləri yer alacaq. Sərgidə maraqlı bir sahə lektoriy zalı olacaq. Burada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq. Sərgidə Milli Aviasiya Akademiyası və bu ilin debütantı olan Qərb Universiteti öz stendləri ilə təqdim olunacaqlar. Ümumilikdə, Azərbaycanın 17 ali təhsil müəssisələri sərgidə iştirak edir. Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. "Kapital Bank"ın stendində bankın xidmətləri və proqramları ilə ətraflı tanış olmaq imkan olacaq. “Education” sərgisinin "Xaricdə təhsil" sektorun çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər. Sərgidə Polşa (“Ready study go! Poland”) və Litva (“Study in Lithuania”) milli qrupları da iştirak edir. Yerli “CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış edəcək. Məktəbəqədər sektorunda Beynəlxalq Sabis Sun Məktəbi iştirak edir. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən və ali təhsil və sosial interqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edəcək. “Caspian Event Organisers” (“CEO”) şirkətinin körpələr üçün nəzərdə tutulmuş Uşaq zonası üzrə daimi tərəfdaşı “Aqil və Bilgi” şirkəti öz stendində “Edutainment.az” portalı tərəfindən təşkil edilmiş “Uşaq Universiteti”ni təqdim edəcək. “Uşaq Universiteti” uşaqların elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində özlərini müxtəlif məşğuliyyətlərlə sınayaraq elmdə heyrətamiz kəşflər edə biləcəkləri “Özün et” zonasını yaradacaq. Bütün hərəkətlər evdə asanlıqla təkrarlana biləcək ideyalara əsaslanır və uşaqları oxumağa və öz maraq dairələrini artırmağa təşviq etmək üçün nəzərdə tutulub. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar. Təhsil müəssisələrinin yeni və texnoloji baxımdan qabaqcıl avadanlıqlarla təchiz olunması daim gündəmdə olan məsələdir və sərgi bu avadanlıqların təchizatçı və istehsalçıları ilə tanış olmaq, eləcə də onlarla əlaqə yaratmaq üçün əla imkan yaradır. Sərgidə “Lucas-Nuelle GmbH”, NTP Centr (Belarus) və “LAIN SRL” (İtaliya) şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, təhsil müəssisələri üçün proqram təminatı nümayiş olunur. Bu il "Təhsil" sərgisi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. “B2B” görüşlər yerli təhsil müəssisələri və sərgi iştirakçıları - xarici universitetlər arasında keçiriləcəkdir. Həmçinin, işgüzar proqram çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol”, “Özəl məktəb və Universitetlərdə Sağlam Təhsil pedaqogikası”, “Sağlam Təhsil müəllimləri üçün Ebru” və “Avropa Birliyində təhsil almaq üçün viza sənədlərinin təqdim edilməsi və Aİ-nin Visa Məcəlləsinin Xüsusiyyətləri” adlı mövzular müzakirə olunacaq. Beləliklə, sərgidə təhsil müəssisələrinin təmsilçiləri ilə canlı ünsiyyət, stendlərdə müxtəlif peşələrin təqdimatı və məzunların uğur tarixçələri məktəblilər, abituriyentlər və onların valideynlərinə peşəkar seçim baxımından dəyərli köməklik göstərir. Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan http://eduexpo.az/az-register/ əldə edə bilərsiniz. 6-8 oktyabr tarixlərində həmçinin Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Karyera Sərgisi keçiriləcək. “Karyera” sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Bu il “Karyera” sərgisində iştirakçılar arasında Azersun, Azercell, “Gilan Holding”, və ilk dəfə iştirak edən Veysəloğlu Qrup ziyarətçilərə mövcud olan təcrübə proqramları və vakansiyalarını təqdim edəcəklər. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Artıq sərginin saytında ekspress-qeydiyyat http://www.careerexpo.az/az-register/ fəaliyyət göstərir. “Təhsil” və “Karyera” Sərgiləri öz işini oktyabr ayının 8-nə kimi davam etdirəcəklər. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Eve