Almaniyalı sabiq tennisçi mükafatlarını satışa çıxarıb


İdman 05 Okt 2017 20:10:00 469 0

Almaniyalı sabiq tennisçi mükafatlarını satışa çıxarıb

Əfsanəvi alman tennisçi Boris Bekker borclarını qismən də olsa, ödəmək üçün Uimbldon kubokunda qazandığı fəxri mükafatları satışa çıxarıb. Goal.az xəbər verir ki, tennis üzrə Uimbldon turnirinin üçqat qalibi həm də ona məxsus elit saatlar kolleksiyasını satışa çıxarmağı planlaşdırır. Mükafatların satışının tennisçiyə milyon avrodan artıq vəsait qazandıracağı deyilir. "Frankfurter Allgemeine" qəzetinin məlumatına görə, B.Bekkerin borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur.

Ulduzun maliyyə böhranı yaşamasına uğursuz maliyyə investisiyaları, həmçinin boşanma prosesləri səbəb olub.