Azərbaycandan Avropaya siyasət dərsi


Digərləri 05 Okt 2017 20:01:38 425 0

Azərbaycandan Avropaya siyasət dərsi

Azərbaycan zaman-zaman Avropa qurumlarının haqsız tənqidləri və qarayaxma kampaniyaları ilə qarşılaşır.

Bəxtiyar Hacıyev – Azərbaycan zaman-zaman Avropa qurumlarının haqsız tənqidləri və qarayaxma kampaniyaları ilə qarşılaşır. Hətta elə vəziyyət yaranıb ki, bu tənqid və kampaniyalar bəzən bir qədər səngiyəndə düşünürsən: “Bəlkə Avropa qurumları “haqqın yolu”na gəlib?” Amma çifayda, çünki mütəmadi olaraq istər Avropa İttifaqı olsun, istər Avropa Şurası, istərsə də Avropa Parlamenti – bir sözlə, adı “Avropa” sözü ilə başlayan əksər qurumların, onların rəhbərlərinin, nümayəndələrinin ikiüzlü siyasətinin (“ikili standartlar”dansa bu ifadə daha da yerinə düşür) şahidi oluruq. Suallar yaranır: daim əməkdaşlığa açıq olan Azərbaycana qarşı bu münasibətin səbəbi nədir? Məgər Avropanın dərdi ölkədə demokratiyanın tam bərqərar olub-olmaması ilə bağlıdır? Qətiyyən yox. Maraqlıdır ki, Avropadan kənarda az qala biri digərinin üstünə qışqıranda da buna “söz azadlığının pozulması” donu geyindirilir, lakin “köhnə qitə”nin düz mərkəzində - Almaniyada, İngiltərədə, həmçinin bir neçə gün əvvəl İspaniyada polislərin kütləyə qarşı zorakılığına göz yumulur. Oxşar misallarla yazını çox uzatmaq olar. Bu yaxınlarda Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın ünvanına əsassız bəyanatlar səsləndirdi, hətta ölkəmizin quruma üzvlükdən çıxarılması məsələsinə toxundu. Məhz Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqların getdiyi bir vaxtda (!) Yaqlandın bu çıxışına səbəb nə idi? Əslində, cavab çox sadədir: cənab Yaqland Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafından narahat olan, buna mane olmağa çalışan bəzi qüvvələrin boyunduruğu altındadır. Bütün bu məsələlərə ötən gün Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev də ətraflı toxundu, avropalı rəsmiləri narahat edən məqamlara aydınlıq gətirdi və Yaqlandkimilərin cavabını verdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın inkişafına sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar, Azərbaycanı totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər: “Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik”. Prezident İlham Əliyev sərbəst toplaşma azadlığına da toxunub, Azərbaycanda bu azadlığın tam təmin olunduğunu, heç bir məhdudiyyət tətbiq edilmədiyini və müxalifətin müntəzəm surətdə mitinqlər keçirdiyini bildirib: “Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar, əsasən, partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq”. O ki qaldı, Avropa Şurasından çıxmaq məsələsinə, Azərbaycan Prezidenti bu məqama da aydınlıq gətirdi: “Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik”. İlham Əliyev haqlı olaraq vurğuladı ki, seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞ PA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı: “Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən