Dəniz sahilində tank əleyhinə mina aşkarlandı


Digərləri 05 Okt 2017 19:48:00 388 0

Dəniz sahilində tank əleyhinə mina aşkarlandı

Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemi və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, daşınması mümkün olduğuna görə götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.