İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinə iclas keçirməyi qadağan edib


Dünya 05 Okt 2017 18:44:03 439 0

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinə iclas keçirməyi qadağan edib

Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırmışdı

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya əyalət parlamentinin oktyabrın 9-da keçirilməsi planlaşdırılan iclasını qadağan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırmışdı.