Təhsil sektoruna töhfə- EduGrata (FOTO)


Digərləri 05 Okt 2017 18:23:37 471 0

Təhsil sektoruna töhfə- EduGrata (FOTO)

İNCİ şirkətlər qrupu 5 oktyabr - Ümumdünya Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir və təhsil sektoruna öz yeni töhfəsini təqdim edir.

Bakı. İNCİ şirkətlər qrupu 5 oktyabr - Ümumdünya Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir və təhsil sektoruna öz yeni töhfəsini təqdim edir. Trend-in məlumatına görə, oktyabrın 5-i İNCİ şirkətlər qrupuna daxil olan EduGrata Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən qonaqlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, gələcəyin savadlı kadrlarının yetişdirilməsi üçün yaradılan müasir texniki avadanlıqlarla təchiz olunmuş Təhsil Mərkəzinin fəaliyyətində uğurlar arzulayıblar. Tədbir zamanı İNCİ şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Şahanə Sarı bildirib ki, İNCİ şirkətlər qrupu daim dövlət siyasətinin davamı olaraq təhsil sahəsinə də investisiya yatırmağı və bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyi korporativ vətəndaşlıq borcu hesab edir. EduGrata Təhsil Mərkəzi aşağıda göstərilən istiqamətlər əsasında öz fəaliyyətini qurub: -EduGrata Təhsil Mərkəzi; -EduGrata Psixoloji Mərkəzi; -EduGrata Xaricdə Təhsil Mərkəzi; -EduGrata Peşə Mərkəzi; -EduGrata Kids Mərkəzi; -EduGrata Elm Mərkəzi; -EduGrata Media Mərkəzi. EduGrata Təhsil Mərkəzinin ən mühüm üstünlüyü peşəkar və gənc müəllim kollektivinə malik olması, interaktiv dərslərin keçirilməsi üçün lazım olan bütün zəruri texniki avadanlıqlarla təchiz olunması, hər bir kurs iştirakçısının fərdi bilik və bacarıqlarına uyğun individual tədris sisteminin qurulmasıdır. O cümlədən dinləyicilərə və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərilməsi imkanı yaradılması, aylıq və həftəlik ödənişsiz sınaq imtahanlarının keçirilməsinin nəzərdə tutulması EduGrata Təhsil Mərkəzinin mühüm üstünlüklərindəndir. Nəsimi metrosunun yaxınlığında yerləşən 4-cü, 6-cı və 9-cu mikrorayon sakinləri öz övladlarının təhsilini əminliklə EduGrata Təhsil Mərkəzinə həvalə edə bilərlər. Qeyd edək ki, İNCİ şirkətlər qrupu 1995-ci ildən Satış və Distribyutor şirkəti olaraq fəaliyyətə başlamış, dəftərxana və ofis ləvazimatları, məktəb ləvazimatları, idman malları, mətbəx və təmizlik əşyaları, elektrik malları, həmçinin ticarət, bank və ofis avadanlıqları, uşaq oyuncaqları, təhlükəsizlik vasitələri, kompüter və qurğularının satışını təşkil edir, o cümlədən çap, poliqrafiya xidmətləri, proqram həlləri xidməti həyata keçirir. OYAL, ASSİS, QUİCKS, SilSil, Shirinbalam, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markalar İNCİ şirkətinin geniş istehlakçı auditoriyası tərəfindən sevilərək istifədə edilən məhsullarıdır. Daha ətraflı: www.inci.az www.ofisait.com