Səudiyyə Ərəbistanında ilk qadın sürücü ölüb


Dünya 05 Okt 2017 18:04:10 391 0

Səudiyyə Ərəbistanında ilk qadın sürücü ölüb

Qadın Ciddə şəhərində avtomobil sürməyi öyrənən zaman qəza törədib

Səudiyyə Ərəbistanı vətəndaşı avtomobil idarə edərkən ölüb.

"Report" "Gulf News" nəşrinə istinadən xəbər verir ki, bu, krallıqda qadınların avtomobil sürməsinə icazə verilməsindən sonra ilk belə haldır.

Qadın Ciddə şəhərində avtomobil sürməyi öyrənən zaman maşın beton divara çırpılıb. Həmin xanımın yanında ona təlim keçən həyat yoldaşı olub. Qadın hadisə yerində dünyasını dəyişib, kişi isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Avtomobil mərhumun həyat yoldaşına məxsus olub.

Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud krallığın qadınlarına avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Amma 2018-ci ilin iyun ayına qədər bu dəyişikliyə hazırlıq mərhələsi təyin edilib. Hökumət qadınları qanunun qüvvəyə minəcəyi göstərilən tarixə qədər səbr etməyə çağırıb. Həmin ana qədər qadınların maşın sürməsi və ya sürməyi öyrənməsi qanunsuzdur.