Rusiya Ərəbistanda AES tikmək istəyir


Dünya 05 Okt 2017 18:18:00 421 0

Rusiya Ərəbistanda AES tikmək istəyir

"Rusiyanın "Rosatom" şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Rosatom" şirkətinin rəhbəri Aleksey Lixaçyov deyib.

Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib.

Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.