Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır


İqtisadiyyat 05 Okt 2017 17:49:26 405 0

Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır

Əraziyə ağır texnika cəlb olunub

 Bir neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib. Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilib. 

"Əraziyə dərhal "Azəravtoyol"un əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır", - deyə şirkətdən əlavə olunub.