Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib


Siyasət 05 Okt 2017 17:50:55 410 0

Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib

Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiy sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb

Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.