"AŞda Ermənistanın götürdüyü öhdəlikləri pozması ilə bağlı heç bir müzakirələr aparılmır"


Digərləri 05 Okt 2017 17:42:00 392 0

"AŞda Ermənistanın götürdüyü öhdəlikləri pozması ilə bağlı heç bir müzakirələr aparılmır"

"Azərbaycan ərazilərini işğal edən Ermənistan Avropa Şurasına (AŞ) daxil olduğu zaman götürdüyü öhdəliklərin çoxunu pozub. Buna baxmayaraq, bu təşkilatda həmin məsələlərlə bağlı heç bir müzakirələr aparılmır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa Şurasında Azərbaycana qarşı real informasiya müharibəsi aparılır:

"Fikrimcə, Avropa Şurası bu məsələlərlə bağlı öz siyasətində ciddi dəyişikliklər etməlidir. İlk növbədə bu təşkilatın müvafiq icra orqanı və baş katibliyinin fəaliyyətindən söhbət gedir. Məncə, bununla bağlı təşkilatdakı Azərbaycan nümayəndə heyəti də öz mövqeyini bildirəcək və ölkəmizin maraqları Assambleyanın sessiyasında müzakirə olunacaq".

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində