Məşhur müğənninin qızı canlı yayıma çıxıb, atasını RÜSVAY ETDİ VİDEO


Dünya 05 Okt 2017 17:57:00 390 0

Məşhur müğənninin qızı canlı yayıma çıxıb, atasını RÜSVAY ETDİ  VİDEO

Müğənni Emrah və oğlu Tayfun arasında yaşananlara bənzər daha bir qalmaqal baş verib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Show TV ekranlarında Seda Sayan və Uğur Aslanın təqdimatında yayımlanan "Artık Susma" verilişinə məşhur müğənni Ayhan Aşanın qızı qatılıb.

"QALDIĞIMIZ EVDƏN ÇIXARMAQ İSTƏYİR"

Atası ilə danışmadığını deyən Büşra Aşan: "Mən atamla ata-qız olaraq münasibətim olmadığım üçün buradayam. Mənim uşaqlığım əlimdən alındı. Anamla boşanmaqları başa çatdı. Boşandıqdan sonra anam mənəvi təzminat tələb etdi. Atam bizi yaşadığımız evdən çıxarmaq istəyir. Atam evi satışa çıxararaq anamın təzminatını o cür ödəmək istəyir. Atamla görüşdüyümüzdə anam haqqında ittihamlar dilə gətirib. Hər şeydən öncə qəlbim ondan qırıqdır. Bir-birindən "qopmuş" ata-qızıq. Aramıza tez-tez girənlər olur", - deyib.

Büşranın "Atamın mobil nömrəsi məndə yoxdur. Mən atamla danışa bilmirəm, bəlkə siz əlaqə saxlayasınız" sözləri verilişin aparıcıları Seda Sayan və Uğur Arslanı təəccübləndirib.