Nazirdən idarə rəhbərlərinə TAPŞIRIQ: İşi günün tələblərinə uyğun qurun


Digərləri 05 Okt 2017 17:52:00 259 0

Nazirdən idarə rəhbərlərinə TAPŞIRIQ: İşi günün tələblərinə uyğun qurun

Əbülfəs Qarayevin sədrliyi ilə Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib.

Bakı. Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Trend-ə Nazirlikdən verilən məlumata gröə, əvvəlcə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrası barədə regional idarə rəhbərlərinə məlumat verilib. Layihənin rezident tvinninq müşaviri Alessandro Bianki çıxış edərək mədəni rayon metodologiyası haqqında və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə "İnteqrasiyalı idarəetmə planı"nın hazırlanması prosesi haqqında təqdimat keçirib. Daha sonra çıxış edən Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq 1 yanvar 2017-ci il tarixindən formalaşmış Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyəti barədə məlumat verib, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda görülmüş işləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Nazir idarə rəhbərlərinə mədəniyyət müəssisələrinin fəaliyyətlərini günün tələblərinə uyğun qurmaları, ehtiyat kadrların formalaşdırılması, regionlarda gənc mədəniyyət işçiləri ilə işin qurulması, vətəndaş müraciətlərinə diqqətin gücləndirilməsi və s. məsələlər barədə göstəriş və tövsiyələr verib. İclasda ölkənin mədəniyyət müəssisələrində qabaqcıl beynəlxalq iş təcrübəsinin tətbiq edilməsi, ödənişli xidmətlərin göstərilməsi, optimallaşdırma, müasir dövrdə klub və kitabxana şəbəkəsinin uğurlu fəaliyyətinin təşkili barədə geniş fikir mübadiləsi aparılıb.