Azərbaycanlı rejisor: "Cem Yılmazla işləmək fürsətim olub" MÜSAHİBƏ FOTO


Şou-biznes 05 Okt 2017 17:40:00 481 0

Azərbaycanlı rejisor: "Cem Yılmazla işləmək fürsətim olub"  MÜSAHİBƏ  FOTO

Ölkəmizdə çox sayda istedadlı gənclər var. Onlardan biri də rejissor və aktyor Orxan Atadır.

Beynəlxalq film festivallarında çıxış etmiş, məşhur simalarla iş birliyi görmüş Orxanla yaxından tanış olmaq üçün ondan müsahibə aldıq.

Son.az gənc istedadla olan müsahibəni təqdim edir:

Bu sənətə necə başlamısınız?

-İlk iş təcrübəm 2011-ci ildə İstanbulda olub. "Türk Telekom" şirkətinin reklam filmlərində rejisor assistenti olmuşam. İncəsənət xadimi Cem Yılmazla işləmək fürsətim oldu bu layihədə. Ardınca "Arka Sokaklar" serialında qonaq aktyor kimi 1 seriyalıq performans göstərmişəm. Sonra "Fetih 1453" sinema filmində rəssam assistenti və "Kurtlar Vadisi Pusu" serialında rejisor assistenti vəzifəsində çalışmışam. Burda tanış olduğum Osman Albayrak sonradan məni Bakıya, başqa bir serial layihəsi üçün dəvət etdi. "Qaranlıqlar Çiçəyi" adlı serialda 2-ci rejissor kimi işləmişəm və bu həyatımın təcrübə baxımından ən zəngin keçən setlərindən biri olub.

Bu layihədən sonra yenə Osman Albayrak ilə "Cavanlıq" serialının komandasında yenidən bir araya gəldik. 50 seriya hekayənin baş qəhrəmanını canlandırdım və paralel olaraq da serialın rejissor assistenti olmuşam. Bu setdə karyeramın ilk güclü tərəf müqabili Ağaxan Salmanlı ilə çox zövq aldığım iş ortaya qoyduq. Ağaxan Salmanlı sözün əsl mənasında maestrodur. Çox şey öyrədib mənə. Hiss və əhval davamlılığının nə olduğunu praktiki olaraq bu setdə öyrənmişəm. Bu serialdan sonra artıq azad sənətçi kimi fəaliyyət göstərməyə başladım.

Bu sahədə təhsiliniz varmı?

- Moskvanın məşhur "GİTİS" (Rusiya Teatr İncəsənəti İnstitutu) universitetini bitirmişəm.  Universitetdə keçirdiyim 1 semestr boyunca ancaq danışıq sənəti üzrə təhsilimi inkişaf etdirdim. Bu perioddan sonra qarşımdakı insanın kimliyi və sosial nüfuzundan asılı olmayaraq istənilən insanın fikrini öz üzərimdə cəmləmək qabiliyyətini öyrəndim.