Azərbaycanda İİVə homoseksual yolla yoluxanların sayı artıb


Digərləri 05 Okt 2017 15:54:00 353 0

Azərbaycanda İİVə homoseksual yolla yoluxanların sayı artıb

"Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb".

Milli.A zxəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub.

N.Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risq qrupları müəyyən olunub. Onlar homoseksuallar, kommersiya seks işçiləri, məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur: