SantaKlausun məzarı tapıldı VİDEO FOTO


Digərləri 05 Okt 2017 16:14:00 321 0

SantaKlausun məzarı tapıldı  VİDEO  FOTO

Dünyanın Santa-Klaus kimi tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu məkan aşkarlanıb.

Son.az The Guardian-a istinadən bildirir ki, türk arxeoloqlar ölkənin cənubundakı Demre şəhərində yerləşən kilsənin döşəməsinin altında indiyədək məlum olmayan boşluqlar tapıblar. Alimlərin fikrincə, bu boşluqlardan birində sonradan "Santa-Klaus" adlandırılan, xristianlıqda pərəstiş edilən Müqəddəs Nikolayın məzarı ola bilər.

Müqəddəs Nikolay 3-cü əsrdə Qədim Romanın Likiya vilayətində, Patara yunan koloniyasında, indiki Türkiyə ərazisində doğulub. O, 75 yaşında vəfat edib.

Şəfqəti, səxavəti səbəbindən, xüsusilə də uşaqlara olan sevgisinə görə məşhurlaşan Müqəddəs Nikolay sonralar Miladda və Yeni İldə uşaqlara hədiyyələr gətirən Santa-Klausa çevrilib.

Demredəki Müqəddəs Nikolay kilsəsindəki boşluqlar elektromaqnit radarla aşkarlanıb.


Xəbərə aid fotolar