Bernardeski: ""Oyun praktikasının azlığından narahat deyiləm"


İdman 05 Okt 2017 17:15:00 381 0

Bernardeski: ""Oyun praktikasının azlığından narahat deyiləm"

"Juventus"un hücumçusu Federiko Bernardeski meydanda az vaxt keçirməsindən narahat deyil. Goal.az xəbər verir ki, italiyalı forvard bunu normal qarşıladığını bildirib.

"Oyun praktikasının azlığından narahat deyiləm. Ardıcıl 6 dəfə skudettonu qazanan, 2 dəfə Çempionlar Liqasında final oynayan komandada bunu normal hesab edirəm. Ehtiyatda oturmaqdan çaşqınlığa düşmürəm, öz şansımı gözləyirəm. Dünya çempionatına yollanacaq heyətdə yer almamaq məni qorxutmur. Millinin baş məşqçisi Venturanın məni bəyəndiyini bilirəm".

Bernardeski bu mövsüm A Seriyasında 5 oyun keçirib ki, bunun da cəmi 1-də start heyətində yer alıb.