Vatan Şaşmazın qətlinin görüntüsünü yayan aktrisa həbs edildi VİDEO


Dünya 05 Okt 2017 16:53:00 397 0

Vatan Şaşmazın qətlinin görüntüsünü yayan aktrisa həbs edildi  VİDEO

Beşiktaşda, otel otağında Filiz Akerin Vatan Şaşmazı öldürdükdən sonra intihar etmə görüntüsünü yaydığı iddia edilən aktrisa Didem Ç. saxlanılaraq nəzarətə götürülüb.

"Çocuklar duymasın"ın aktyoru ÖLDÜRÜLDÜ - YENİLƏNİB - FOTO

Son.az Haberler-ə istinadən xəbər verir ki, aktrisa Konyada tutulub.

Qeyd edək ki, bir polis məmuru tərəfindən qətl və intihar görüntüləri telefonla çəkilərək Whatsapp vasitəsi ilə həyat yoldaşına göndərilib. Polisin xanımının ailə qrupunda həmin görüntünü paylaşması qadının qardaşının videonu sevgilisi olan Didemə göndərməyi ilə nəticələnib. Nəticədə Didem Ç.-nin həmin görüntüləri bəzi xəbər portallarına satmaq istədiyi üzə çıxıb. 

Məhəmməd Vaqif