Azərbaycan WBC-yə üzv qəbul edildi


İdman 05 Okt 2017 14:39:00 339 0

Azərbaycan WBC-yə üzv qəbul edildi

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv olub. 

Goal.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Maurisio Süleyman Bakıda keçirilən mətbuat konfransında bildirib. M.Süleyman deyib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insadır. İdman haqda dolğun məlumata malikdir. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyasına yönəlmişdi. Prezident gənclər və idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq. Sizə "Xoş gəlmisiniz" deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Federasiya yaradılmaqdadır. Gənclər və İdman Nazirliyi peşəkar boksu inkişaf etdirmək üçün öz köməyini göstərəcək”. 

M.Süleyman WBC-nin 55-ci Konvensiyasının Bakıda keçirilməsinə də aydınlıq gətirib: “Vitali Kliçkonun vasitəçiliyi ilə Azərbaycan prezidentinə, eləcə də gənclər və idman nazirinə müraciət etmişdik. Azərbaycan 25 illik idman ölkəsidir, xüsusi nailiyyətləri var. Təklif etdik ki, WBC-nin Konvensiyası Bakıda olsun. Bəziləri “Azərbaycan hardadır”, - deyə soruşdular. Hətta xəritəyə baxmalı oldular. İlk gəlişimizdə böyük qonaqpərvərliklə qarşılandıq. Azərbaycana təşəkkür edirəm. Gözləmədiyimiz qonaqpərvərlik gördük”.

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilir. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları təşrif buyurub.