"Hazar məndən qalmağımı istədi"


İdman 05 Okt 2017 15:00:00 352 0

"Hazar məndən qalmağımı istədi"

"Chelsea"nin futbolçusu Mişi Batşuayi ötən yay klubda həmyerlisi Eden Hazarın məsləhəti ilə qaldığını etiraf edib. Goal.az xəbər verir ki, belçikalı hücumçu bunları deyib:

"Dostcasına məsləhət verdi. Məndən qalmağı istədi. "Chelsea" 2 hücumçu transfer edəcəyini gözləyirdim. Amma təkcə Morata gəldi. Onunla yaxşı münasibətim var. Lakin mən də uğur qazanmaq istəyirəm. Qışda başqa yerə getmək istəmirəm. Bu mövsüm çox oyunumuz var. Özümü ən yaxşı tərəfdən göstərmək imkanım olacaq".