AFFA "Qəbələ"ni cərimələdi


İdman 05 Okt 2017 15:21:00 365 0

AFFA "Qəbələ"ni cərimələdi

AFFA-nın İntizam Komitəsi “Qəbələ” klubunu cərimələyib.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının VII turunda “Kəpəz”lə ev oyunu zamanı 4 futbolçunun sarı vərəqə alması səbəb olub. "Qəbələ" 800 manat ziyana düşüb. 

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı oyun qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.