"Özil fikrən artıq "Arsenal"ı tərk edib"


İdman 05 Okt 2017 15:52:00 395 0

"Özil fikrən artıq "Arsenal"ı tərk edib"

"Arsenal"ın sabiq müdafiəçisi Martin Kioun komandanın yarımmüdafiəçisi Mesut Özil haqqında danışıb. Goal.az xəbər verir ki, Kioun onun London klubunda oynamaq istəmədiyini bildirib.

"Özil Venqeri yoxlayır. O, BATE ilə Çempionlar Liqasında keçiriləcək matçda iştirak etmək istəmirdi və birdən zədələnməsi açıqlandı. O, "West Bromwich"lə oynda cəmi 10 dəqiqə meydanda oldu. Nə vaxt zədələnməyə vaxt tapdı?

Özil fikrən artıq "Arsenal"ı tərk edib. Ola bilsin, Venqer ondan pul qazanmaq üçün mümkün hər şeyi edəcək. Venqer gənc futbolçuların ətrafında belə bir insanı görmək istəməzdi".

Almaniyalı futbolçunun "topçular"la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. 28 yaşlı havbekə "İnter" və "Manchester United"in maraq göstərdiyi deyilir.