Masallı-Yardımlı avtomobil yolunda hərəkət bərpa olunub


İqtisadiyyat 05 Okt 2017 13:33:40 430 0

Masallı-Yardımlı avtomobil yolunda hərəkət bərpa olunub

Yol torpaq və bitki qatından təmizlənib

 Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb. Nəticədə, yolda hərəkətdə müəyyən çətinliklər yaranıb.

 "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, əraziyə dərhal şirkətin əməkdaşları və ağır texnikası cəlb olunub.

"Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub", - məlumatda qeyd edilib.