“Bulla-dəniz”də yeni quyu istismara verilib
İqtisadiyyat 05 Okt 2017 13:43:48 457 0
Mənimsəmə-sınaq işləri nəticəsində quyu yüksək qaz və kondensat hasilatı ilə mənimsənilməyə başlanılıb
“Bulla-dəniz” yatağında yüksək debitli 123 nömrəli quyu istismara verilib.
“Report”un “Azneft” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, “Bulla-dəniz” yatağındakı 122 nömrəli platformadan qazılan quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, VIII horizontun 6 097-6 057 metr dərinlik intervalına hazır süzgəc endirilib. Mənimsəmə-sınaq işləri nəticəsində quyu yüksək qaz və kondensat hasilatı ilə mənimsənilməyə başlanılıb.
"Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib ki, bu, böyük önəm daşıyır: “Bizim gələcəkdə daha böyük uğurlar qazanacağımıza inamım tamdır”.
Mənbə: report.az