Yağışdan sonra Masallıda bağlanmış yolla bağlı yeni xəbər FOTO


Digərləri 05 Okt 2017 13:30:31 400 0

Yağışdan sonra Masallıda bağlanmış yolla bağlı yeni xəbər  FOTO

Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb.

Son.az xəbər verir ki, "Azəravtoyol" ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, təbii fəlakət nəticəsində yolda hərəkətdə müəyyən çətinliklər yaranıb:

"Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub".


Xəbərə aid fotolar