"Sən supersən!" müsabiqəsi Rusiyanın televiziya sahəsində mükafatına layiq görülüb


Digərləri 05 Okt 2017 13:38:00 369 0

"Sən supersən!" müsabiqəsi Rusiyanın televiziya sahəsində mükafatına layiq görülüb

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!", Rusiyanın televiziya sahəsində nailiyyətlərə görə verilən TEFİ (ТЭФИ) mükafatına layıq görülüb. Mükafat Moskvada keçirilən mərasimdə təqdim edilib. "Orfey" xüsusi mükafatına isə "Sən supersən!" vokal müsabiqəsinin finalı layiq görülüb.

"Uşaq evindən olan və ömründə öz kiçik şəhərindən qırağa çıxmayan, indi isə Moskvada televiziyaya çıxan 7 yaşlı bir balaca uşağın sizi qucaqlayıb "çox sağ olun" deməsi təsəvvür etmədiyiniz hissləri yaşadır. Bu çox dəyərlidir və əminəm ki, bizim hamımız üçün ən vacibi elə bu idi" - deyə NTV telekanalının baş prodüseri Timur Vaynşteyn mükafatı qəbul edərkən söyləyib.

"Müsabiqədə iştirak edən bütün uşaqlar Sputnik agentlıyi üçün əziz insanlara çevriliblər. Əməkdaşlarımız indiyədək onlarla isti, demək olar ki, ailə üzvləri kimi ünsiyyətdədirlər" - deyə Sputnik agentliyinin baş redaktor müavini Andrey Blaqodırenko bildirib.