"Barcelona" İspaniya və Kataloniya arasında vasitəçi olmaq istəyir


İdman 05 Okt 2017 13:37:00 469 0

"Barcelona" İspaniya və Kataloniya arasında vasitəçi olmaq istəyir

"Barcelona" rəhbərliyi İspaniya və Kataloniya arasında siyasi konfliktdə vasitəçi olmaq niyyətindədir. Goal.az xəbər verir ki, şəhər vəkillər kollegiyasının təşəbbüsünə qoşulmaq istəyir. Kollegiya bu məqsədlə xüsusi komissiya yaradılmasını tövsiyə edib.

Kataloniyanın müstəqilliyi ilə bağlı referendum 1 oktyabrda keçirilib. 90% insan bunun lehinə səs verib. Bəzi seçki məntəqələrində əhali və polis arasında toqquşmalar da qeydə alınıb.