Rusiyaya gələn Səudiyyə Kralının "trap problemi" ilə bağlı RƏSMİ açıqlama (VİDEO)


Digərləri 05 Okt 2017 13:19:25 307 0

Rusiyaya gələn Səudiyyə Kralının "trap problemi" ilə bağlı RƏSMİ açıqlama (VİDEO)

Kral təyyarədən enərkən trap-eskalatorda nasazlıq yaranmışdı.

Bakı. Rusiya Prezidentinin İşlər İdarəsi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun Moskvada hava limanına enərkən təyyarəsinin trapında yaranmış problemə aydınlıq gətirib. Trend-in məlumatına görə, İdarənin mətbuat katibi Yelena Krılova bildirib ki, həmin trap-eskalator Səudiyyə Ərəbistanından gətirilib. O bildirib ki, İşlər İdarəsinin balansında belə trap yoxdur. Xatırladaq ki, Kral təyyarədən enərkən trap-eskalatorda nasazlıq yaranmışdı. Qeyd edək ki, oktyabrın 4-də tarixdə ilk dəfə olaraq Səudiyyə Kralı Rusiyaya səfər edib.