"Barcelona"da Paulinyo özünü göstərə biləcək"


İdman 05 Okt 2017 12:29:00 485 0

"Barcelona"da Paulinyo özünü göstərə biləcək"

Braziliyanın baş məşqçisi Tite 29 yaşlı Paulinyonun "Barcelona" klubuna transferi haqqında danışıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Fikrimcə, Paulinyo inkişaf edir. Onun səviyyəsi artır. Mənim fikrimcə, "Barcelona"da dəstək və əmkdaşlıq atmosferi hökm sürür. O, yaxşı intuitsiya və oyun oxumaq qabiliyyətinə malikdir. Başqa güclü tərəfləri də var. Buna görə "Barcelona"da Paulinyo özünü göstərə biləcək".