Türkiyədə Maliyyə Nazirliyində əməliyyat - Saxlanılanlar var


Digərləri 05 Okt 2017 12:47:00 315 0

Türkiyədə Maliyyə Nazirliyində əməliyyat - Saxlanılanlar var

Türkiyə polisi Maliyyə Nazirliyinin binasında Fəthullah Gülən hərəkatının tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirir.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə polisi Maliyyə Nazirliyinin binasında xüsusi əməliyyat keçirir. Trend-in məlumatına görə, əməliyyatla bağlı yayılan xəbərdə bu əməliyyatın Fəthullah Gülən hərəkatının tərəfdarlarına qarşı aparıldığı qeyd olunub. Son məlumata gröə, əməliyyat zamanı yüzə yaxın adam saxlanılıb. Onlar Gülən hərəkatı ilə əlaqələrdə, o cümlədən nazirliyin fəaliyyəti ilə bağlı məlumatların ötürülməsində ittiham olunur.