Turizm şirkətlərinin vahid reyestri nə zaman hazırlanacaq?


Digərləri 05 Okt 2017 12:13:00 379 0

Turizm şirkətlərinin vahid reyestri nə zaman hazırlanacaq?

Azərbaycanda turizm şirkətlərinin vahid reyestri hazırda parlamentdə ikinci oxunuşda müzakirə olunan "Turizm haqqında" qanunun qəbulundan sonra hazırlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, turizm sektorunun lisenziyalaşdırılmasını bərpa etmək planlaşdırılmır: "Amma reyestr çox vacibdir, çünki bu sektorda bəzən qeyri-peşəkar davrananlar da olur. Biz buna icazə verə bilmərik".