"Məni bu səviyyəyə anam gətirib" Müğənni VİDEO FOTO


Şou-biznes 05 Okt 2017 12:21:00 554 0

"Məni bu səviyyəyə anam gətirib"  Müğənni  VİDEO  FOTO

ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi gənc müğənni Nihad Məlik olub. Son.az xəbər verir ki, Ramil Nabranla olan "Sosial sevgi" layihəsindən sonra fanatlarının ürəyini silkəliyən gənc müğənni şou-biznesə yaman sürətlə daxil olmaq istəyir: "Təkəbbürlük kimi olmasın, mənim 19 yaşım var. Bu sənətdə mənimlə eyni yaşda olan heç kim yoxdur. Mən dost-tanış içində olanda, harasa gedəndə kənardakı adamların "aaa Nihad" demələri adamda sevinc hissi yaradır. Bu da onu göstərir ki, tanıyırlar. Uşaq vaxtı, məktəb dövründə ətrafımdakı dostlarım məni çox sıxırdılar ki, bu, nə işdir, get özünə başqa iş tap. İndi həmin dostlarım mənə deyirlər ki, Nihad sənə halaldır. Bu qədər sənin üstünə gəldik, sən yenə də öz yolunla getdin. Zirvələrə qalxırsan, bizim fəxrimizsən. Bu sözlər tutdu məni. İndi onlar da mənə dəstəkdirlər. Bu il Ramil Nabranla ifa etdiyimiz ifa isə hitə çevrildi". "Gəl qaytar eşqimi" mahnısını yeni, remiks variantında fanatlarına çatdıran müğənni yeni ifanın da kifayət qədər sevildiyini bildirib: "Mən uşaq vaxtı bir yarışmada Oqtay Ağayevin "Gəl qaytar eşqimi" mahnısını ifa edirdim. O mahnını çox bəyənirdim. İllər sonra bizim Dj dostumuz var, Arif Zeynalov təklif etdi ki, gəl bu mahnını remiks şəklində ifa et. Səndə gözəl alınar, dedilər. Sağ olsunlar, o işin bütün əziyyətini çəkdilər, gətirdilər mənə. Sağ olsun, Loğman qardaşımız da səsyazma işlərimizi tamamladı. Mahnı yavaş-yavaş uğur əldə edir". ARİF Zeynalov - Dj: "Özü bu mahnını oxumuşdu. Eşitdik səsini çox bəyəndik. Həm də gənc yaşda belə istedad. Dedik, mahnını elə Nihada verək". Musiqiçi ailəsində böyüyən Nihad hər zaman ailəsinin onun arxasında dayandığını vurğulayıb: "Anam həmişə mənə dəstək olub. Özü də musiqi təhsili alıb, musiqiçidir. Atam da gənc yaşlarında musiqiylə məşğul olub. Düzdür, bu günə qədər məni bu səviyyəyə anam gətirib. Amma artıq mən Rolandla işləyirəm, o, mənim prodüserimdi. Düzdür, anam yenə mənə dəstək olur. Amma işlərimi artıq Roland görür. Mən xeyriyyə tədbirlərinə gedə-gedə bu yerə gəlib çatmışam. Çox işlər, təkliflər gəlib. Mən bunu heç vaxt danmaram". - Nihad, hazırkı şou-biznes sənət şousundan daha çox toy biznesinin arxasınca qaçır, bəs səndə vəziyyət necədir? "Mən heç vaxt toy üçün işləməmişəm. Açığı istəməmişəm də. Bu dəqiqə bir alboma sığacaq qədər, hətta artıq sayda mahnım var. 30-a yaxın şəxsi mahnı ifa etmişəm. Düzdür, bir çox bəstəkarlarla da işləmişəm. Aranjmançılarım fərqli olub. Amma toy biznesi üçün çalışmıram". Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar