UTX Rusiyanın NTV telekanalının müxbirini Ukraynadan xaric edib


Dünya 05 Okt 2017 11:46:41 395 0

UTX Rusiyanın NTV telekanalının müxbirini Ukraynadan xaric edib

Vyaçeslav Nemişev "Senkovka" buraxılış məntəqində icbari qaydada Ukraynadan xaric edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın NTV telekanalının müxbiri Vyaçeslav Nemişevin icbari qaydada ölkədən xaric olunması barədə qərar qəbul edib.

"Report" UTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, xırda qayda pozuntusuna görə saxlanılan jurnalistin kimliyinin müəyyənləşdirilməsi zamanı onun Ukraynanın işğal olunmuş ərazilərinə səfər etdiyi, orada akkreditə olunduğu aşkarlanıb.

Nəticədə oktybarın 4-də saxlanılan V.Nemişev oktybrın 5-də səhər saatlarında "Senkovka" buraxılış məntəqində icbari qaydada Ukraynadan xaric edilib. Onun qarşıdakı 3 ildə Ukrayna ərazisinə girişinə qadağa qoyulub.